AZ

Azərbaycanlı MMA döyüşçüləri dünya çempionatında Şəhriyar Abbasov ə DANIŞDI

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın qarışıq döyüş sənətləri (MMA) idmançıları IMMAF tərəfindən təşkil olunan dünya çempionatına yollanıblar.

İdman.biz-in məlumatına görə, dünya çempionatı 27 sentyabr – 2 oktyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək.

Azərbaycan komandasına Rüstəm Tahirli, Ələkbər Məhmədov, Bəhruz Beylarzadə, Cəfərsadiq Mirzoyev və Qəzənfər Qasımlı daxildir. Qadınların yarışında isə Nərmin Əliyeva çıxış edəcək.

Azərbaycan idmançıları təcrübəli məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Şəhriyar Abbasov İdman.biz-ə açıqlamasında bildirib ki, komanda əla hazırlıq keçib və layiqli nəticə göstərməyə qadirdir.

“Komandanın liderləri “Qəbələ” klubunun yetirmələri Ələkbər Məhmədov və Cəfərsadiq Mirzoyevdir. İdmançılarımız dünya çempionu tituluna iddialıdırlar və onlardan qızıl medallar gözləyirik”, - deyə Şəhriyar Abbasov əlavə edib.

Qeyd edək ki, Tbilisidə keçiriləcək dünya çempionatını təşkil edən IMMAF MMA-nın ən nüfuzlu təşkilatıdır və bu qurum məşhur UFC ilə əməkdaşlıq edir. Bir çox peşəkar döyüşçü, o cümlədən hazırkı UFC-nin yarı ağır çəkidə çempionu Maqomed Anqalaev karyerasına məhz bu təşkilatda başlayıb.

Teymur Tuşiyev

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr