AZ

“Cənab Prezident bu obrazı ilə XXI əsr tarixində yeganə siyasətçi sayıla bilər”.

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə Azərbaycanın tamamilə yeni Zəfər erasına qədəm qoyduğunu nümayiş etdirməklə ölkə uğurlarını, bu uğurlara aparan uzun və çətin yolun şərəflə qət edildiyini, ölkəmizin yaratdığı milli, regional və qlobal geosiyasi gündəliyi və bu gündəlik qarşısındakı çağırışları dünya ictimaiyyətinə təqdim etdi. Həmçinin bu sessiya yeni əməkdaşlıqların qurulması, sülh və birgə fəaliyyət üçün çağırışların edilməsi üçün platforma rolunu oynadı”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.

O əlavə edib ki, Prezident tarixi qələbəmiz, suverenliyimizin tam bərpası fonunda dünya qarşısında tamamilə yeni bir obrazda – beynəlxalq hüququ və onun prinsiplərini milli birlik yaratmaqla öz dövləti gücünə təmin edən Müzəffər Lider, 30 illik işğalı sonlandıraraq yurd-yuvalarından didərgin düşmüş 1 milyon qaçqın və məcburi köçkünün Böyük Qayıdışını gerçəkləşdirən strateq, COP29 kimi dünyəvi tədbirlərlə qlobal gündəliyi müsbət istiqamətdə inkişaf etdirməyə (yeni iqlim hədəflərinin qəbuluna) nail olan vasitəçi, Şərqlə-Qərb, Şimalla-Cənub arasında enerji-nəqliyyat bağlayıcısı rolu üstlənərək qlobal sülhə töhfə verən lider, dövlətlərin enerji təhlükəsizliyinə münasibətdə etibarlı tərəfdaş, dünya müstəvisində münaqişələrin sonlandırılması və bərpa-quruculuq işlərində (təbii fəlakətlər və Covid-19-la mübarizədə, Suriyanın bərpasında və s.) mühüm humanitar rollar üstlənən dövlətin rəhbəri kimi çıxış edir: “Bu obrazı ilə o, XXI əsr tarixində bəlkə də yeganə siyasətçi sayıla bilər. Bunun nəticəsidir ki, ölkəmizə və onun başçısına bu tədbir çərçivəsində böyük ehtiram nümayiş olundu”.

Ş.Cəlilzadə diqqətə çatdırıb ki, biz bunu sessiya öncəsi cənab Prezidentin çoxsaylı dövlət və şirkət rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər zamanı da müşahidə etdik: “Təsadüfi deyil ki, Prezident səfəri çərçivəsində dünyanın ən önəmli investisiya şirkətləri ilə əməkdaşlıq görüşlərini məhz onların istəyi və inisiativi əsasında həyata keçirdi. Bu şirkətlərdən bəziləri artıq Azərbaycanla əməkdaşlıq əlaqələri qurmuşdular. Məsələn, 2016-cı ildə “Neuberger Berman”, 2017-ci ildə “Ares Management”, 2023-cü ildə “Brookfield Asset Management”, 2024-cü ildə “Global Infrastructure Partner” ilə enerji və maliyyə-investisiya sahələrində əməkdaşlıqlar qurub. Lakin cənab Prezident digər trilyon dollarlıq aktivləri olan şirkətlərlə, o cümlədən ABŞ Ticarət Palatasının nümayəndələri ilə də görüşlər keçirdi. Bütün bunlar yaxın dövrdə qlobal və kolossal həcmli investisiyanın ölkəmizə axın edəcəyinin ilkin xəbərçiləridir. Xüsusilə ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmaqda olduğu bir vaxtda, bu cür münasibət iki ölkənin əlaqələrinin müxtəlif sferalarda güclənəcəyindən xəbər verir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr