AZ

III MDB Oyunlarında Azərbaycanın bayraqdarları məlum olub

III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.

Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.

Seçilən
28
42
operativmedia.az

10Mənbələr