AZ

Qayda pozan Prius yük maşınının altında qaldı REAL VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

20 sentyabr 2025-ci il tarixdə saat 23:00 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4  “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olmuş və bu zaman hərəkətdə olan “Mercedes” markalı yük avtomobili ilə toqquşmuşdur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.

Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır", - deyə məlumatda qeyd olunub.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
21
avtosfer.az

10Mənbələr