AZ

Fransalı hücumçu UEFA Avropa Liqasında yeni rekorda imza atdı

"Lill"in hücumçusu Olivye Jiru UEFA Avropa Liqası matçına əvəzedici kimi daxil olduqdan sonra qol vuran ən yaşlı oyunçu olub.

Operativ Media xəbər verir ki, bu haqda "Opta" məlumat yayıb.

38 yaşlı forvard Avropa Liqasında “Brann”la ev oyununda (2:1) 67-ci dəqiqədə əvəzedicidən meydana çıxıb və 80-ci dəqiqədə fərqlənib. Onun qolu Fransa klubunun qələbəsini təmin edib.

UEFA-nın məlumatına görə, Jiru Avropa Liqası tarixində qol vuran ən yaşlı üçüncü oyunçu olub.

2025/26 mövsümündə hücumçu bütün yarışlarda "Lill"in heyətində 5 matçda 3 qol vurub.

Seçilən
2
operativmedia.az

1Mənbələr