AZ

Fatmayı və Goradil bağlarında elektrik enerjisi olmayacaq

Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 26 sentyabr tarixində 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə  "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 09:00-dan 13:00-dək Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində  elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
38
20
operativmedia.az

10Mənbələr