AZ

Zərgərlik mağazasından 1 milyonluq oğurluq etdilər - VİDEO

ABŞ-nin Kaliforniya ştatında 25 nəfərlik dəstə zərgərlik mağazasına basqın edib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, hadisə San-Ramon yaşayış məntəqəsində qeydə alınıb.

Mağazaya daxil olan silahlı şəxslərin bir qismi satıcıları tapança ilə qorxudub, digərləri isə vitrinlərin şüşələrini sındıraraq zinət əşyalarını götürüb. 

Həmin şəxslər daha sonradan 6 avtomobillə hadisə yerindən uzaqlaşıblar. 

Hadisə zamanı ümumilikdə 1 milyon dollar dəyərində zərgərlik nümunələri oğurlanıb. Mağazaya basqın edən şəxslərdən 7-si artıq saxlanılıb.

"Cebheinfo.az" 

Seçilən
18
5
cebheinfo.az

6Mənbələr