AZ

Trampdan İsrailə xəbərdarlıq: "Bəsdir, durmağın vaxtıdır'"

ABŞ prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəklərini bəyan edib.

Turkustan.az xəbər verir ki, Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə məsələ ilə bağlı danışdığını bildirib və "Bəsdir. Durmağın vaxtıdır" deyib.

ABŞ prezidenti Donald Tramp Qəzza üzrə Regional Toplantıda prezident Ərdoğan da daxil olmaqla liderlərlə görüşüb.

ABŞ Baş naziri Donald Trampın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində keçirilən Qəzza ilə bağlı iclasında İsrailin Qəzza zolağına hücumlarına həmişəlik son qoymaq planını təqdim etdiyi bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp, həmçinin İndoneziya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Pakistan və Misiri təmsil edən dövlət və ya hökumət başçıları çərşənbə axşamı gecə BMT Baş Assambleyası çərçivəsində Qəzza ilə bağlı görüş keçirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
1
turkustan.az

2Mənbələr