AZ

Putin: Bu, absurddur, onlar rusların hüquqlarını qorumurlar

Rusiya Prezidenti Vladimir Putin Moskvanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (ATƏT/DTİHB) üzvlüyünü “absurd” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu fikirləri sentyabrın 25-də Kremldə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə keçirilən müşavirədə deyib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri məsələ qaldırıb ki, ATƏT/DTİHB rusların hüquqlarını qorumur.

“Doğru deyirsiniz. Bu vəziyyət bir qədər absurd görünür. Bununla bağlı nə edəcəyimizi düşünəcəyik”, - Putin bildirib.

Prezident qeyd edib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi və parlamentin deputatları ilə məsləhətləşmək mütləqdir:

“Bu haqda danışıb düşünəcəyik”.
Seçilən
11
3
sherg.az

4Mənbələr