AZ

Türkmənistan Prezidentindən Xəzər dənizi ilə bağlı yeni təklif

Xəzər Ekoloji Forumu ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həllinə davamlı yanaşmaların inkişafı sahəsində genişləndirilmiş əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə “Türkmənistan” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, forumun 2026-cı ildə keçirilməsi təşəbbüsü BMT Baş Assambleyasının 80-ci sessiyasında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən irəli sürülüb:

“Türkmənistan BMT Baş Assambleyasının 78-ci sessiyasında təqdim olunan və Xəzər dənizinin ekosisteminin qorunması üzrə beynəlxalq platformaya çevrilmək məqsədi daşıyan Xəzərin Ekologiyası Təşəbbüsünü təşviq etmək niyyətindədir. Türkmənistan Prezidenti vurğulayıb ki, 2026-cı ildə keçirilməsini təklif etdiyimiz Xəzər Ekoloji Forumu onun həyata keçirilməsində mühüm addım olacaq.

Sərdar Berdiməhəmmədov həmçinin qeyd edib ki, Türkmənistan ekologiya və iqlim sahəsində fəal işini davam etdirəcək, onlara qlobal təhlükəsizliyin təmin edilməsində əsas element kimi baxacaq. İqlim, ekoloji və texnoloji çağırışların monitorinqi və onlara cavab verilməsi üçün çoxtərəfli mexanizmlərin inkişafına xüsusi diqqət yetiriləcək”.
Seçilən
0
1
sherg.az

2Mənbələr