AZ

Plastik kütlə və polietilen istehsalında artım var

Bu ilin yanvar-avqust aylarında ölkədə 206,2 min ton ilkin formada plastik kütlə istehsal olunub ki, bu da bir il öncəki göstəricini 8,3 faiz və ya 15,8 min ton üstələyib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istehsal edilən plastik kütlədən 103,9 min tonu polietilenin payına düşüb. 2024-cü ilin ilk 8 ayının göstəricisinə nisbətdə polietilen istehsalı 10,3 faiz və ya 9,7 min ton artıb.

Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı plastik kütlə üzrə 21,7 min ton, polietilen üzrə isə 10,7 min ton təşkil edib.

Seçilən
9
1
vergiler.az

2Mənbələr