AZ

Yeni metro stansiyaları harada tikiləcək? –Zığ, Qaraçuxur və Bayıl...

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, paytaxtın bir sıra vacib ərazilərində yeni metro tikilməsi nəzərdə tutulur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, dövlət layihəsinə uyğun olaraq yaxın illərdə daha 10 stansiyanın inşası planlaşdırılıb.

Onlardan beşi artıq dəqiqləşdirilib. Bu stansiyalardan biri “Nizami” metrostansiyasının yaxınlığında yerləşəcək və birbaşa “Nizami”yə keçid imkanı yaradacaq. Beləliklə, “Avtovağzal”dan hərəkətə başlayan sərnişin həmin stansiyada yaşıl xəttə keçərək “Həzi Aslanov” istiqamətinə davam edə biləcək. Toyuqlu pizza

Digər dörd stansiya isə “Xətai”dən sonrakı Yaşıl xətt üzərində inşa olunacaq. Onlardan biri Nizami parkının yaxınlığında tikiləcək. “Nargilə” adlanan ərazidə də yeni stansiyanın inşası nəzərdə tutulur. Bəxtiyar Məmmədov bu məntəqənin həmin ərazinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, paytaxtın Günəşli, Qaraçuxur, Zığ, Bayıl, Bakıxanov qəsəbələri və Sabunçu rayonunda gələcəkdə metro stansiyaları tikiləcək. Bununla belə, Xırdalan, Masazır və Zabrat istiqamətlərində hələlik metro tikintisi nəzərdə tutulmur.

Hazırda Bakı metrosunun 27 stansiyası, 3 xətti və 40,7 kilometr uzunluğunda yol şəbəkəsi mövcuddur. 1967-ci ildən fəaliyyət göstərən metropolitenin inkişafı Prezidentin 2011-ci ildə imzaladığı sərəncam əsasında hazırlanmış konseptual plana uyğun davam etdirilir.

Yeni layihələr çərçivəsində həmçinin Bənövşəyi xəttin genişləndirilməsi, “Dərnəgül deposu” ərazisində yerüstü stansiyanın inşası, “Sahil” və “Port Baku” yaxınlığında yeni stansiyaların tikintisi də nəzərdə tutulub.

©Modern.az


Telegram kanalımız
Seçilən
15
7
yenisabah.az

9Mənbələr