BAKI, 26 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Moskvanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (ATƏT/DTİHB) üzvlüyünü “absurd” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu fikirləri sentyabrın 25-də Kremldə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə keçirilən müşavirədə deyib.
Mərkəzi Seçki Komissiyasının rəhbəri məsələ qaldırıb ki, ATƏT/DTİHB rusların hüquqlarını qorumur.
“Doğru deyirsiniz. Bu vəziyyət bir qədər absurd görünür. Bununla bağlı nə edəcəyimizi düşünəcəyik”, - Putin bilodirib.
Prezident qeyd edib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi və parlamentin deputatları ilə məsləhətləşmək mütləqdir:
“Bu haqda danışıb düşünəcəyik”.