AZ

İngiltərə rəqəmsal şəxsiyyət sxemini tətbiq edir

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İngiltərə hökuməti qeyri-qanuni immiqrasiyanın qarşısını almaq məqsədilə yeni rəqəmsal şəxsiyyət sxemini tətbiq edəcək.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Keir Starmer bildirib.

Bildirilib ki, sistem Britaniya vətəndaşları və daimi sakinlər üçün məcburi olacaq. Bu addım qeyri-qanuni işləməyi çətinləşdirəcək və sərhədləri daha etibarlı edəcək. Rəqəmsal şəxsiyyət vəsiqəsi insanların cib telefonlarında olacaq və işəgötürənlər tərəfindən işə qəbul zamanı yoxlamaların bir hissəsi kimi istifadə olunacaq.

Gələcəkdə sistem uşaq baxımı, rifah və vergi xidmətlərinə çıxış üçün də tətbiq ediləcək.

Qeyd edək ki, 2000-ci illərdə Toni Bleyer şəxsiyyət vəsiqəsi tətbiq etməyə çalışmış, lakin plan vətəndaş azadlıqları ilə bağlı narahatlıqlar səbəbindən ləğv edilmişdi.

Şəbnəm

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
icma.az

1Mənbələr