Rusiyanın Smolensk vilayətində yük maşınının yük qatarı ilə toqquşması nəticəsində yanacaqla işləyən 18 vaqon relsdən çıxıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində vaqonların yandığı bildirilib.