ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Türkiyənin Ədirnə şəhərində yerləşən, Memar Sinanın şah əsəri olan Səlimiyyə məscidinin əsas günbəzindəki xəttatlıq işlərinin silinməsi və günbəzdə mavi rəng əvəzinə qara rəngdən istifadə edilməsi təklifi sənət mütəxəssisləri və tarixçilərin etirazına səbəb olub.
Kulis.az xəbər verir ki, Allahın adlarının yazılı olduğu 8 medalyonun silinməsi və onların yerinə 21-ci əsr üslubunda yeni xətt nümunələrinin tətbiqi də müzakirə olunur.
Tarixçi İlber Ortaylı restavrasiya ilə bağlı “Ədirnə Səlimiyyə məscidinin günbəz yazılarının bərpası bərpadır, yoxsa məhv etmə?” deyə sual verib və sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Qeyd edək ki, Ədirnə Səlimiyyə məscidinin günbəzində, çinilərində, daş və mərmərlərində işlənmiş yazılar, 16-cı əsrin məşhur xəttatı Əhməd Şəmsəddin Qarhisarinin tələbəsi Xəttat Həsən Çələbi (ö.1594) tərəfindən yazılıb.
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri
Kolumbiyalı müğənnilərin meyitləri tapıldı
Küçə ticarətindən kinoya gələn böyük aktyor - Yeşilçam klassiki Tarık Akan kim idi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.