AZ

Toni Bleyr Qəzzada vəzifə istəyir

"The Financial Times"qəzeti məsələdən məlumatlı mənbələrə istinadən yazır ki, keçmiş hökumət başçısına"Qəzza Beynəlxalq Keçid Təşkilatı" (QBKT)adlı müşahidə şurasına sədrlik təklifi irəli sürülüb. Eyni zamanda, İsrailin"Haaretz" qəzetidiqqətə çatdırıb ki, onun "QBKT-də qurulacaq beynəlxalq məsləhət şurasında rəhbər vəzifə tutmasına"Vaşinqton da maraqlıdır.Bildirilir ki, Toni Bleyr Qəzzada sülh dövrü üçün planlar ətrafında Prezident Donald Trampla mütəmadi söhbətləşir.

Mənbələrin hər biri Toni Bleyrin QBKT-də müxtəlif vəzifələrə gətirilə biləcəyini söyləsələr də, onun ofisi də, Ağ Ev də bu xəbərlərə şərh verməkdən hələlik boyun qaçırırlar. Digər tərəfdən,Avropa və ərəb ölkələriQəzza zolağında müharibə başa çatdıqda hər hansıkeçid təşkilatının qurulmasının əleyhinədirlər.Onların qənaətinə görə, belə bir strukturfələstinləri "öz vətənlərində ikinci dərəcəli şəxs" halına gətirə bilər.Bu səbəbdən sözügedən ölkələr zolağın idarəsinin yalnız Fələstin Muxtariyyəti tərəfindən təsdiqlənən yerli komitəyə verilməsinə qol qoyurlar.

Toni Bleyr 2007-ci ildə hökumət başçılığından ayrılmasının ardınca 2015-ci ilədək ölkəsinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi qismində fəaliyyət göstərmişdi. Onun hələ 2016-cı ildə öz adı ilə yaratdığıinstitutcari ilin iyul ayından bəri Qəzza üzrə postmüharibə planı layihəsinin hazırlanmasında iştirakçıdır. Toni Bleyr həmçinin ötən ay bu çərçivədə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə keçirilən xüsusiiclasada qoşulub. Sözügedən institutun bəyanatına görə, zolağın yenidən qurulması üzrəmüxtəlif qruplarla danışıqlar aparılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
61
1
azvision.az

2Mənbələr