AZ

Tramp ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb.

Missiya.Az xəbər veirr ki, bu tədbir ABŞ ştatı olmayan Kolumbiya dairəsinə tətbiq edilib. 

Bildirilib ki, paytaxt rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

Məlumata görə, ABŞ-nin baş prokuroru Pam Bondi fərmanın imzalanması mərasimindən sonra bütün ölkədə ölüm cəzasına icazə verilməsini istəyib.

"Biz bunun üçün təkcə Vaşinqtonda deyil, bütün ölkədə mübarizə aparırıq", - deyə Bondi vurğulayıb.

Yeri gəlmişkən, 1973-cü ildən bəri ABŞ-də edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb və bəraət qazananların 108-i qaradərili olub.

 

Daşqın HəsənovMissiya.Az 

Seçilən
5
4
missiya.az

5Mənbələr