8–11 oktyabr tarixlərində Türkiyənin Bursa şəhərində “Agro Green Bursa” kənd təsərrüfatı və heyvandarlıq sərgisi keçiriləcək.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, sahibkarlar sözügedən tədbirdə iştiraka dəvət olunurlar. Kontingent hər müəssisə üçün 1 nəfər olmaqla 15 qonaqla məhdudlaşdırılıb.
Sərgidə təqdim olunacaq əsas sahələr:
- Kənd təsərrüfatı texnikası, mexanizasiya və innovativ texnologiyalar;
- İstixana, konstruksiya, suvarma sistemləri və avadanlıqlar;
- Toxum, şitil, fidan, gübrə, orqanik və ekoloji kənd təsərrüfatı;
- Canlı heyvanlar və yetişdirilməsi, heyvandarlıq texnikası və avadanlıqları;
- Təzə meyvə və tərəvəz.
Sərgi çərçivəsində “Heyvandarlıq zirvəsi” kimi ixtisaslaşmış sessiyaların keçirilməsi də planlaşdırılıb.
Əlaqələndirici şəxs: Aytac Talıblı
Tel: +994 12 465 76 92 / 107
E-mail: [email protected]