AZ

"Barselona"nın əfsanəvi futbolçusu karyerasını bitirdi

BAKI, 26 sentyabr. TELEQRAF

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Serxio Busquets karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, bu barədə 37 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında məlumat verib.

O, peşəkar futbolla belə sağollaşıb: "Hər kəsə və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olaraq qalacaqsınız".

Qeyd edək ki, Serxio Buskets peşəkar karyerasına "Barselona"da başlayıb. 2023-cü ilin yayına qədər Kataloniya təmsilçisinin formasını geyinən ispaniyalı oyunçu 15 mövsümdən sonra "İnter Mayami"yə keçmişdi.

Seçilən
35
1
teleqraf.com

8Mənbələr