AZ

Hava ilə bağlı gözlənilən risk — “Hazır olun!”

Havalar soyuduqca mövsümi xəstəliklərin yayılma riski artır. Bildirilir ki, payız fəslində bəzi viruslar daha da aktivləşir və buna görə də əlavə tədbirlərin görülməsinə ehtiyac yaranır.

Soyuq havalarda infeksiyalardan necə qorunaq? Kimlər xüsusilə diqqətli olmalıdırlar?

Demokrat.az  xəbər verir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, payız aylarında bizi hansı sürprizlərin gözləyəcəyi bəlli deyil:

“Lakin COVID-19 pandemiyası başa çatsa da, yerli epidemiyalar davam edir. “Omikron” ştamının mutasiyaları və yoluxmalar hələ də mövcuddur. Bundan əlavə, hər il payızda qrip virusu yeni formada ortaya çıxır və çox sayda insanı xəstələndirir. Soyuqdəymələr əsasən isti havadan soyuğa keçid, geyimin düzgün seçilməməsi, gün ərzində temperaturun dəyişməsi səbəbindən artır. İnsanların yeni mühitə uyğunlaşa bilməməsi də infeksiyalara şərait yaradır. Nəticədə yoluxan şəxslər başqalarını da xəstələndirir, kollektiv mühitdə geniş yoluxma halları baş verir. COVID-19 pandemiyasından çıxardığımız dərsləri unutmamalıyıq. Xəstələnən insanlar işə getməməli, maska taxmalı, başqalarını yoluxdurmamaq üçün məsuliyyətli davranmalıdır. Sağlam şəxslər də onlarla təmasdan çəkinməli, gigiyenaya qaydalarına, xüsusilə də əllərin yuyulmasına diqqət etməlidirlər. Bu profilaktik tədbirlər yoluxmaların qarşısını xeyli dərəcədə ala bilər”.

Professor qeyd edib ki, hazırkı dövr “virus əsri” hesab olunur:

Seçilən
16
2
demokrat.az

3Mənbələr