Azərbaycan Basketbol Liqası bu gün start götürəcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında son finalistlər üz-üzə gələcək. Çempion "Sabah" "Neftçi"ni qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.