AZ

Belarus idmançıları III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəliblər  

Sentyabrın 26-da Belarusun üzgüçülük idman növü üzrə 19 nəfərdən ibarət heyəti Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda belaruslu idmançıları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Seçilən
21
11
azerbaijan-news.az

10Mənbələr