AZ

Ərdoğan-Tramp görüşü qlobal mediada: NATO daxilində güc balansına təsir edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 25-də Ağ Evdə keçirilən görüş dünya mediasında geniş işıqlandırılıb.

Publika.az "Haber Global"-a istinadən xəbər verir ki, dünya mətbuatı bu görüşü həm diplomatik manevrlər, həm də regional balanslar baxımından yenidən açılan səhifə kimi qiymətləndirib.

Bəzi beynəlxalq media qurumlarının analizlərini təqdim edirik:

“Reuters”: Ağ Evdəki görüşün əsas gündəmi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından sonra tətbiq edilən F-35 sanksiyaları olub. Liderlər iki ölkə arasında müdafiə sənayesi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışıblar.

“Associated Press”: Tramp administrasiyası Türkiyəyə F-35 satışına qoyulan qadağanı aradan qaldırmağı nəzərdən keçirdiyini açıq şəkildə bildirib. Həmçinin, Vaşinqton enerji və müdafiə sektorlarında Rusiya ilə sıx əlaqələr müstəvisində narahatlıqlarını da dilə gətirib.

“Washington Post”: Görüşdə Qəzza böhranı və Yaxın Şərqdə sülh axtarışları da ön plana çıxıb. Tramp Türkiyənin vasitəçilik rolunu vacib və dəyərli olaraq xarakterizə edib.

Seçilən
42
publika.az

1Mənbələr