AZ

MDB Oyunları Azərbaycanda: Stolüstü tennislə başladı

News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gündən etibarən Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına start verir.

News24.az xəbər verir ki,yarışların ilk günü stolüstü tennis üzrə görüşlərlə başlanacaq. Qarşılaşmalar saat 10:00-da start götürəcək.

Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.

Stolüstü tennis üzrə mübarizələr Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək və sentyabrın 29-da yekunlaşacaq.

Ümumilikdə 13 ölkədən 1624 idmançının qatıldığı III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
news24.az

2Mənbələr