AZ

Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək

Oktyabrın 27-də, saat 11:00-da "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə bəzi səhmdarların paylarının geri alınması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2 milyon 966 min manatdır. Müəssisənin səhmlərinin 96 %-i "LOTOS-S" MMC-yə, 4 %-i isə 482 fiziki şəxsə məxsusdur.

Seçilən
94
1
marja.az

4Mənbələr