AZ

Tokayev onu nazir təyin etdi

Qazaxıstanın Rusiyadakı keçmiş səfiri Yermek Koşerbayev ölkənin yeni xarici işlər naziri təyin edilib.

“Yeni Sabah”xəbər verir ki, bu haqda ölkə prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

2020-2023-cü illərdə Koşerbayev Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsində çalışıb. 6 iyun 2023-cü ildən 2025-ci il fevralın 14-dək Şərqi Qazaxıstan vilayətinin qubernatoru vəzifəsində çalışıb. Tokayev daha sonra onu respublikanın baş nazirinin müavini təyin edib. pizza hut

Öz növbəsində, keçmiş xarici işlər naziri Murat Nurtleu Qazaxıstan Prezidentinin beynəlxalq, investisiya və ticarət əməkdaşlığı üzrə köməkçisi təyin edilib.


Telegram kanalımız
Seçilən
28
2
yenisabah.az

3Mənbələr