AZ

Kremldə Putin və Paşinyan arasında görüş keçirilib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Görüşdə Rusiya tərəfini Baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, “Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozyorov və “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev təmsil edirlər.

Ermənistan tərəfdən isə görüşdə Baş nazirin müavi Mqer Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, xarici işlər nazirinin müavini Mnaçakan Safaryan, Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan və Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan iştirak edirlər.

Qeyd edək ki, bundan əvvəl hər iki ölkənin liderləri Moskvada keçirilən Qlobal Atom Forumunda iştirak ediblər. Forum “Dünya Atom Həftəsi” (“World Atomic Week”) çərçivəsində təşkil olunub.

"Dünya Atom Həftəsi" adlı beynəlxalq forum Rusiya atom sənayesinin 80 illik yubileyinə həsr olunub. Forum 25–28 sentyabr tarixlərində Moskvada, VDNX sərgi mərkəzində keçirilir. Tədbirə atom proqramlarını inkişaf etdirən ölkələrin nümayəndələri, dövlət qurumları, iri şirkətlər, ictimai təşkilatlar, nüvə sahəsinin mütəxəssisləri, alimlər və iş adamları qatılıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr