AZ

Qazaxıstana yeni xarici işlər naziri təyin olundu

BAKI, 26 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazirin müavini - xarici işlər naziri Murat Nurleunu tutduğu vəzifədən azad edərək onu beynəlxalq məsələlər üzrə öz köməkçisi təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Tokayevindigər sərəncamı ilə Ermek Koşerbayev Qazaxıstanın xarici işlər naziri təyin olunub.

Xatırladaq ki, təyinatdan əvvəl Koşerbayevin son vəzifəsi baş nazirin müavini olub. Daha əvvəl o, Şərqi Qazaxıstan vilayətinə rəhbərlik edib, 2020-2023-cü illərdə isə Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsində çalışıb.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr