AZ

Ceyhun Bayramov bəhreynli həmkarı ilə regional prosesləri MÜZAKİRƏ ETDİ FOTO

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.Nazirlər Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini, regional və beynəlxalq prosesləri müzakirə ediblər.Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında Diplomatik pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş"i imzalayıblar.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
bizim.media

4Mənbələr