AZ

Starbucks 400 mağazasını bağlayır və 900 iş yerini ixtisar edir

Bakı. Trend:

Amerika qəhvəxanaları şəbəkəsi Starbucks 400 mağazanınbağlandığını və 900 nəfərin işdən çıxarıldığını açıqlayıb.

Trend xəbər verirki, bu barədə şirkətin baş direktoru Brayan Nikkolun bəyanatınaistinadən CNN məlumat yayıb.

Nəşrin yazdığına görə, bağlanacaq mağazalar Starbucks-ın ümumisayının təxminən 1%-ni təşkil edir. İyunun sonunda Şimali Amerikada18 734 mağazası olan şirkət sentyabrın sonuna qədər bu rəqəmin 18300-ə enəcəyini bildirib.

Nikkolun sözlərinə görə, qəhvəxanalar “sosial həyatınqovşaqlarıdır və onlardan hər hansı birini bağlamaq çətindir”.Telekanal qeyd edir ki, bağlanmalar əsasən səmərəliliyi aşağı olanmüəssisələrə aiddir.

Mağazaların bağlanması ilə yanaşı, Starbucks əlavə 900 işyerinin ixtisarını elan edib. Şirkət bildirib ki, təsirə məruzqalan işçilərə müavinətlər və müxtəlif dəstək tədbirləri təqdimolunacaq, həmçinin hazırda mövcud olan vakansiyalardoldurulacaq.

Seçilən
21
az.trend.az

1Mənbələr