AZ

ABŞ Serbiyanın “NIS” şirkətinə qarşı sanksiyaları oktyabrın 1-dən tətbiq edəcək

Bakı. Trend:

Oktyabrın 1-dən Serbiyanın ən böyük enerji şirkəti olan “NIS”ABŞ-nin sanksiyalarına məruz qalacaq.

Trend xəbər verirki, bu barədə məlumatı Serbiya Prezidenti Aleksandr VuçiçNyu-Yorkda jurnalistlərə açıqlayıb.

Prezident qeyd edib ki, bu addım Serbiya iqtisadiyyatı və enerjisektoru üçün ciddi çətinliklər yaradacaq. Vuçiç bildirib: “Xəbərixoş adlandıra bilmərəm, amma gözlənilən idi. Amerikalılarsanksiyaların tətbiqini cəmi dörd gün gecikdirdilər. Sentyabrın27-dən oktyabrın 1-nə qədər. Oktyabrın 1-dən etibarən NIS-ə qarşısanksiyalar qüvvəyə minəcək.”

O, həmçinin vurğulayıb ki, Belqrad ABŞ, Qərb və Rusiyaarasındakı qarşıdurmada ziyan görəcək, çünki şirkətin əsas səhmdarıRusiyadır.

Seçilən
92
11
az.trend.az

10Mənbələr