AZ

Türkiyə və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq memorandumu imzalayıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ və Türkiyə strateji mülki nüvə əməkdaşlığı sahəsinə dair anlaşma memorandumu imzalayıblar".
Oxu.Az bildirir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında məlumat verib.
"Biz Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində hərtərəfli tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir proses başlatdıq. Liderlərin və ABŞ-nin dövlət katibi Marko Rubionun iştirakı ilə strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzaladıq. Ümid edirəm ki, bu razılaşma çərçivəsində görüləcək işlər hər iki ölkəyə fayda gətirəcək", - deyə nazir vurğulayıb.
Bayraktar əlavə edib ki, sənəd Türkiyə və ABŞ liderləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın daha əvvəl danışıqlar apardığı Ağ Evdə imzalanıb.
Seçilən
20
oxu.az

1Mənbələr