Gəncədə əlilliyi olan şəxslər və şəhid ailələri üçün mənzillər alınacaq.
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi Gəncə şəhərində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillərin satın alınması məqsədilə tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, planlaşdırılan satınalma çərçivəsində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzil alınacaq. Müqavilənin ehtimal olunan dəyəri 2.866.080,00 AZN təşkil edir.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.