AZ

NATO təyyarələri Baltik dənizi üzərində Rusiya qırıcılarının qarşısını aldı

BAKI, 26 sentyabr. TELEQRAF

NATO-nun Baltik Hava Polisi missiyasında iştirak edən Macarıstanın JAS-39 Gripen qırıcıları Latviya sərhədinə yaxınlaşan beş Rusiya hərbi təyyarəsindən ibarət qrupun qarşısını alıb.

Teleqraf xəbər verir ki, Qərb mediasına görə,Litvadakı Şyaulyai Hava Bazasında yerləşdirilən Macarıstan qırıcıları Rusiya təyyarələrini NATO-nun məsuliyyət zonasından kənarlaşdırıblar.

Qeyd olunur ki, macar pilotlar Rusiya təyyarələrini hədəfə alıblar ki, bu da kifayət qədər ciddi hadisədir.

Bu, bir həftə ərzində ikinci belə hadisədir. Sentyabrın 23-də də anoloji hal yaşanmışdı. Vizual identifikasiyadan sonra rus təyyarəsi istiqamətini dəyişib və missiya insidentsiz başa çatıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr