Sentyabrın 25-də ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiya naziri Balazs Hanko Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
XQ xəbər verir ki, nazir ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla Azərbaycan və Macarıstan arasında ali təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Nazir həmçinin, ADNSU-nun, o cümlədən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları və kompüter otaqları ilə tanış olub. O, universitetin maddi-texniki bazasını, təhsil və tədris üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Balazs Hanko qeyd edib ki, Macarıstanın ali təhsil müəssisələri Azərbaycan universitetləri ilə əməkdaşlığa maraq göstərir. 2 ölkə arasında tədqiqat, elm, təhsil və innovasiya istiqamətlərində əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.