AZ

450 lampaya 71 min manat: İcra Hakimiyyətinin büdcə xərci tənqid olunur

Quba İcra Hakimiyyəti küçə işıqlandırılması üçün 71 min manatlıq müqavilə bağlayır.

Quba Rayon İcra Hakimiyyəti rayon ərazisində küçə işıqlandırma işlərinin həyata keçirilməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, keçirilən tenderin qalibi “BABAYEV GROUP COMPANY” MMC olub. Şirkətlə ümumi dəyəri 71.213 manat olan müqavilənin bağlanacağı gözlənilir.

Layihə çərçivəsində ümumilikdə 450 ədəd işıqlandırıcı və plafonun dəyişdirilməsi, həmçinin yararsız 150 vt-luq dirək lampalarının yenilənməsi nəzərdə tutulur. İşlər qaldırıcı kran vasitəsilə aparılacaq, lampalar və plafonlar istehsalçıdan 3 il, quraşdırmadan isə ən azı 1 il zəmanətlə təmin olunacaq.

Bundan əlavə, rayon ərazisində küçə işıqlandırılması üçün 340 ədəd dekorativ bəzək işıqları da quraşdırılacaq.

Qeyd edək ki, “BABAYEV GROUP COMPANY” MMC-nin qanuni təmsilçisi Raman Babayev Şaiq oğludur.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovdur.

Seçilən
0
3
nocomment.az

4Mənbələr