AZ

Tambov hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Tambov hava limanında təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Aviasiya Agentliyinin sözçüsü Artem Korenyako özünün Telegram-kanalında məlumat verib.

“Məhdudiyyətlər uçuş təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir”, – deyə nazirlik nümayəndəsi yazıb.

Qeyd edək ki, bundan əvvəl Soçi hava limanında da uçuşların qəbul və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdu. Korenyako bildirib ki, bu qərar da uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə verilib. Məhdudiyyətlər təxminən 40 dəqiqə sonra aradan qaldırılıb.

Seçilən
12
nocomment.az

1Mənbələr