Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kimlə görüşüb.
Bu barədə "Cebheinfo.az"a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanda ilk dəfə olaraq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Prinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Ə.Əsədov idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə danışıb.
Söhbət zamanı həmçinin Azərbaycanda qış idman növlərinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib, bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.
"Cebheinfo.az"