AZ

Afət Həsənova 27 sentyabr Anım Günü münasibətilə tədbirdəiştirak etdi - FOTO

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Afət Həsənova özünün feysbuk hesabında yazıb.

''Əvvəlcə məktəblilərin 27 sentyabr Anım Gününə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxış keçirdik.

Daha sonra RİH-in akt zalında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdik. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən və çıxışlardan sonra tədbirimiz bədii hissə ilə davam etdi'',- deyə millət vəkili qeyd edib.

 

22222222
Seçilən
28
1
redaktor.az

2Mənbələr