AZ

Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kimlə görüşüb.

Bu barədə Publika.az Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanda ilk dəfə olaraq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Prinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Ə.Əsədov idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə danışıb.

Seçilən
11
11
publika.az

10Mənbələr