AZ

Rusiya 2030-cu ildə tam dövrü qapalı nüvə enerji reaktorunu işə salacaq

Getdikcə daha çox ölkə nüvə enerjisindən dinc məqsədlərlə istifadədə uzun müddətli sürətləndirilmiş inkişaf imkanlarını görür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qlobal Nüvə Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, dünyada ən çox Rusiya tərəfindən layihələndirilən atom elektrik stansiyalarına tələbat var.

Putin nüvə qurğularının nüvə təhlükəsizliyinin təmin edilməsini Rusiya Federasiyası üçün mütləq prioritet adlandırıb: “Rusiya siyasi vəziyyətdən asılı olmayaraq, bütün nüvə öhdəliklərini ciddi şəkildə yerinə yetirir. Nüvə tənzimlənməsi elə olmalıdır ki, dinc nüvə enerjisinin inkişafı və yayılmaması rejiminin gücləndirilməsi arasında tarazlıq qorunsun”.

Putin əlavə edib ki, Rusiya yeni dinc nüvə enerjisi texnologiyaları üzərində işləyir: “Rusiya tezliklə həm quruda, həm də üzən atom elektrik stansiyalarının kütləvi istehsalına başlayacaq”.

Putin onu da qeyd edib ki, Rusiya 2030-cu ildə Tomsk vilayətində tam dövrü qapalı nüvə enerji reaktorunu işə salacaq.

Seçilən
27
4
apa.az

5Mənbələr