AZ

Milli komandamız Avropa çempionatında mübarizə aparacaq

Sentyabrın 30-da Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

Apasport.az xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev, məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadə U-19-ların mübarizəsində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcəklər.

Qızlardan ibarət millinin məşqçisi Anar Baxışovun rəhbərliyi altında isə rinqə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) çıxacaqlar.

Avropa çempionatında referilər sırasında beynəlxalq dərəcəli hakim Rövşən Qədirov da yer alacaq.

Komanda yarışa Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, Avropa çempionatının püşkü sentyabrın 29-da atılacaq.

Səidcəmşid Cəfərov yaponiyalı boksçunu məğlub edib

Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib

Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar

Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb

Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar

Seçilən
20
7
apasport.az

10Mənbələr