AZ

Fransa tarixində bir ilk - Qəddafinin milyonları Sarkozini “yandırdı”…


Paris məhkəməsi Fransa siyasətini sarsıdacaq qərar çıxarıb. Keçmiş prezident Nikolya Sarkozi Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaqla bağlı Parisdə keçirilən məhkəmədə "cinayətkar təşkilat yaratmaqda" təqsirli bilinib.

Sarkozi 2007-ci ildəki seçki kampaniyası zamanı Liviyadan qanunsuz maliyyə aldığı iddiası ilə 5 il həbs cəzasına məhkum edilib. Sarkozi dövlət vəsaitlərinin mənimsənilməsi, passiv korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ittihamlarından isə bəraət alıb.

Paris məhkəməsi Sarkozinin 2005-2007-ci illər arasında korrupsiyanı təşkil edən qruplaşma ilə əlbir olduğunu bildirib.

Fransa tarixində ilk dəfədir ki, vəzifədə olan prezident belə yüksək səviyyəli cinayətə görə məhkum edilir. Prokurorlar, Sarkozinin 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Qəddafi hökumətindən milyonlarla dolların gizli şəkildə onun seçki kampaniyası kassasına köçürüldüyünü iddia edirlər. Sarkozi isə üç aylıq məhkəmə prosesində bu ittihamları rədd edib.

İş üzrə daha 11 müttəhim, o cümlədən üç keçmiş nazir mühakimə olunub. Paris məhkəməsinin qərarının təfərrüatları yaxın günlərdə açıqlanacaq.

TAHİR

Seçilən
18
baki-xeber.com

1Mənbələr