AZ

Metroda qatarlar arasında interval iki dəfə azaldıla bilər

Bakı Metropolitenində “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minimuma endiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bunun üçün lazım olan infrastruktur layihələri həyata keçirilməlidir:

“Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların inşasına ehtiyac var. “Qırmızı xətt” üzrə “İçərişəhər” stansiyasının arxasında, “Yaşıl xətt” üzrə hərəkət edən qatarların dönməsi üçün isə “Xətai” stansiyasından sonrakı, “Bənövşəyi xətt”in şərti adı “Y-15” olan stansiyada dönmə kameraları inşa ediləcək. Artıq “İçərişəhər” stansiyası ilə bağlı işlərə başlanılıb. Bu kameralar inşa ediləndən sonra “Yaşıl” və “Qırmızı” xətlər üzrə hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa edilib istifadəyə veriləndən sonra “Qırmızı xətt” üzrə hərəkət edən qatarlar arasında interval iki dəfədən çox azalaraq, 1 dəqiqə 30 saniyəyə endirilə bilər”.

Qeyd edək ki, hazırda pik saatlarda qeyd edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil edir.

Seçilən
23
11
nocomment.az

10Mənbələr