AZ

ABL-də 2025–2026-cı il mövsümünün açılışı keçirild

Azərbaycan Basketbol Liqasının (ABL) 2025–2026-cı illər mövsümünün açılışına həsr olunmuş rəsmi mərasim baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ötən mövsümün yekunlarına dair hesabat təqdim olunub və Azərbaycan basketbolunun inkişafını əks etdirən xüsusi videoçarx nümayiş etdirilib.

Yeni mövsümün reqlamentinə əsasən, çempionat 4 dövrəli, 20 turdan ibarət sistem üzrə təşkil olunacaq. Müntəzəm mövsüm A və B qrupları üzrə keçiriləcək. Qruplar ötən mövsümün yekun nəticələrinə əsasən formalaşdırılıb:

A qrupu: “Sabah”, “Neftçi”, “Şəki”, “Abşeron Lions”, NTD, “Gəncə”

B qrupu: “Naxçıvan”, “Ordu”, “Sərhədçi”, “Sumqayıt”, “Quba”, “Lənkəran”

Yarışın keçirilmə formatına görə, A qrupunun oyunlarında meydançada minimum 1 yerli və maksimum 4 əcnəbi basketbolçunun iştirakı məcburidir. B qrupunda isə ilk 15 tura qədər 3 əcnəbi və 2 yerli oyunçu, 16-cı turdan etibarən isə A qrupundakı kimi – 4 əcnəbi və 1 yerli oyunçunun parketdə olması şərt olacaq.

Müntəzəm mövsümün sonunda A qrupunu ilk üç pillədə başa vuran klublar, eləcə də B qrupunun lideri birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Qruplarda digər yerləri tutan klublar isə pley-offun 1/8 final mərhələsində qarşılaşacaqlar. Bu mərhələdə ən tez iki qələbə qazanan komandalar 1/4 finala yüksələcək. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyası isə 3 qələbəyə qədər oynanacaq və qalib olan komanda Azərbaycan Basketbol Liqasının çempionu adını qazanacaq.

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, turniri ilk “8-lik”də başa vuran komandalar növbəti mövsümdən I Liqada (ABL) çıxış edəcək. 9–12-ci yerləri tutan klublar isə ilk dəfə təşkil olunacaq II Liqada (ABL 2) mübarizəni davam etdirəcəklər.

Azərbaycan Basketbol Federasiyası yeni strukturlaşdırma ilə basketbolun ölkə üzrə daha sistemli, dayanıqlı və rəqabətədavamlı şəkildə inkişafını hədəfləyir.

Seçilən
28
1
90deqiqe.az

2Mənbələr