AZ

Moskvada Paşinyana qarşı etiraz aksiyası

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdədir. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Bu gün bir qrup erməni ölkə hakimiyyətinin siyasətinə qarşı etiraz aksiyası təşkil edib.

Etirazçılar hökuməti Erməni Apostol Kilsəsinə təzyiq göstərməkdə ittiham edirlər. Onların narazılığının əsas səbəbi iki arxiyepiskopun həbsidir.

Aksiya Ermənistan səfirliyinin yaxınlığında keçirilib.

Ağarza Elçinoğlu 

Seçilən
12
unikal.az

1Mənbələr