AZ

Universitetlər və sənaye arasında əməkdaşlıq innovasiyalar üçün yeni imkanlar açır - Bəxtiyar Aslanbəyli

Bakı. Trend:

Universitetlər və sənaye arasında qarşılıqlı fəaliyyəttexnologiyanın sürətli tərəqqisi şəraitində xüsusi əhəmiyyət kəsbedir.

Trend xəbər verirki, bunu bp-nin Xəzər dənizi bölgəsində kommunikasiya və xariciəlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADAUniversitetində keçirilən "I Azərbaycan Britaniya Siyasi Dialoqu"adlı tədbirdə çıxışı zamanı deyib.

“Universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlıq indiyəqədər heç vaxt bu qədər aktuallıq qazanmayıb. Biz nəhəng texnolojinailiyyətlərin - rəqəmsallaşmanın və yeni texnologiyaların tətbiqolunduğu bir dövrdə yaşayırıq. Bu texnologiyalar həyatımızınmüxtəlif sahələrinə -sosial sahəyə, iqtisadiyyata və ya sənayeyətəsir edir və gələcəkdə də təsir edəcək”, - deyə o bildirib.

Bəxtiyar Aslanbəyli qeyd edib ki, məhz bu kontekstdə birgətədqiqatlar və innovasiyalar üçün böyük imkanlar açılır.

“Hər bir sahədə əhəmiyyətli tədqiqat potensialı mövcuddur vəuniversitetlər onun reallaşmasında əsas rol oynaya bilərlər.Universitetlərlə sənaye arasında dialoqu davam etdirmək vacibdirki, hər iki tərəf bu əməkdaşlıqdan maksimum faydalana bilsin”, –deyə o əlavə edib.

Bundan savayı, onun sözlərinə görə, şirkət Azərbaycan Elm vəTəhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil proqramlarınıninkişafını dəstəkləyir.

“Bizim birgə bərpaolunan enerji proqramımız var — bu, AzərbaycanDövlət Neft və Sənaye Universiteti ilə Böyük Britaniyanın UorikUniversiteti arasında ikili diplom proqramıdır. Proqramın məqsədibərpaolunan enerji sahəsində yeni layihələri idarə edə bilənmütəxəssislər yetişdirməkdir”,- deyə Bəxtiyar Aslanbəyliyekunlaşdırıb.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr