AZ

Nyu-Yorkdan qlobal mesaj: Azərbaycan sülhün və enerji təhlükəsizliyinin yeni ünvanıdır

Bakı. Trend:

Prezident İlham Əliyevin son Amerika Birləşmiş Ştatlarına səfəriAzərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobalgündəmdə strateji aktora çevrilməsinin növbəti göstəricisi oldu.Səfər çərçivəsində keçirilmiş çoxsaylı yüksək səviyyəli görüşlər,xüsusilə də qarşı tərəfin təşəbbüsü ilə baş tutması, Azərbaycanlaəməkdaşlıq istəyinin artdığını və ölkəmizə olan marağıngücləndiyini açıq şəkildə nümayiş etdirdi. Bu görüşlər təkcədiplomatik formalılıqdan ibarət deyildi. Əksinə, hər biriAzərbaycanın regional sabitlikdə rolu, sülh təşəbbüsləri, enerjitəhlükəsizliyi və qlobal tərəfdaşlıq potensialı kontekstindəəhəmiyyət kəsb edirdi.

Bu ilin avqustunda Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistançərçivə sülh sazişi bu səfər zamanı bir çox ölkələr tərəfindəndəstəkləndi və tarixi nailiyyət kimi qiymətləndirildi. Ölkələrininbu təşəbbüsə müsbət reaksiyası Azərbaycanın yalnız regional deyil,qlobal sülh təşəbbüskarına çevrildiyini sübut edir.ABŞ prezidentiDonald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbətvə səmimi fikirlər, iki lider arasında formalaşmış qarşılıqlıetimadın diplomatik əlaqələrə müsbət təsir göstərdiyini göstərdi.Bu münasibət, həm də ABŞ-dakı siyasi dairələrin Azərbaycanlaəməkdaşlığa qeyri-partiya yanaşması ilə yanaşmasınıngöstəricisidir.

Nyu-Yorkda ABŞ və Avropa ölkələrinin böyük investisiyaşirkətləri ilə keçirilən görüşlər də Azərbaycanın enerji ixracatıbaxımından strateji tərəfdaş statusunu möhkəmləndirir. Qazixracının Avropa Birliyi üçün alternativ mənbə kimidəyərləndirilməsi, Azərbaycanın qlobal enerji bazarındakı çəkisininartmasına şərait yaradır.

Azərbaycanın BMT ilə əməkdaşlığı tarixi köklərə və stratejiyanaşmalara söykənir. 1992-ci ildən üzv olan Azərbaycan bu günartıq BMT çərçivəsində aktiv təşəbbüskar, humanitar donor və qlobaltədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanınır.

Prezident İlham Əliyevin 2004, 2010 və 2017-ci illərdə BMT BaşAssambleyasında çıxışları, həmçinin Təhlükəsizlik Şurasında 2012-ciildə sədrlik etməsi, Azərbaycanın qlobal təhlükəsizlikarxitekturasında aktiv rolunu göstərir.Azərbaycan həmçinin 140ölkəyə dəstək, COP29, 2016 Qlobal Forum və pandemiya dövründəpeyvənd bərabərliyi təşəbbüsləri kimi sahələrdə beynəlxalq birliyinetimadını qazanmışdır.

BMT Baş katibinin 9 avqust 2025-ci il tarixli bəyanatı da buetimadın bariz göstəricisidir. Bu bəyanatda, Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistan Baş naziri arasında ABŞ PrezidentiDonald Trampın şahidliyi ilə imzalanmış saziş, regionda sabitlikbaxımından mühüm mərhələ kimi qiymətləndirilib. Azərbaycanın təqdimetdiyi itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsü, ölkənintəkcə öz vətəndaşlarının deyil, beynəlxalq hüququn və humanizminmüdafiəçisi kimi çıxış etdiyini sübut edir. BMT TəhlükəsizlikŞurasının Ermənistanın işğalçı siyasəti ilə bağlı qəbul etdiyiqətnamələrin icrasını Azərbaycanın öz gücü ilə təmin etməsi isə,beynəlxalq sistemdə ikili standartlara qarşı praktiki və hüquqiəsaslı cavab modelidir.BMT ilə uğurlu əməkdaşlığın davamı olaraq,2026-cı ildə Bakının Dünya Şəhər Forumunun 13-cü sessiyasına evsahibliyi edəcəyi bildirilib. Bu hadisə, Azərbaycanın dayanıqlışəhərsalma, ətraf mühitin mühafizəsi və urbanizasiya siyasətininbeynəlxalq səviyyədə tanındığını göstərir.

Prezident İlham Əliyevin ABŞ səfəri sadəcə bir diplomatik hadisədeyil, Azərbaycanın böyük güclərlə əməkdaşlıq modelini uğurlaquran, bölgədə sülhə real töhfə verən, qlobal enerjitəhlükəsizliyində əsas oyunçuya çevrilən və beynəlxalqplatformalarda təşəbbüskar dövlət statusunu bir dahatəsdiqlədi.Azərbaycan artıq beynəlxalq sistemin periferiyasındadeyil, mərkəzinə doğru irəliləyən və bu sistemin fəaldizaynerlərindən biri olan ölkədir.

Məqalədə:
Seçilən
13
3
az.trend.az

4Mənbələr