AZ

Azad edilmiş torpaqlar iqtisadi gücümüzü artıracaq MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Məlum olduğu kimi, Böyük Qayıdışın əsas məqsədi Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin yerli sakinlərinin doğma torpaqlarına qayıtmasını təmin etməklə yanaşı, erməni işğalçılarının viran qoyduğu şəhər və kəndlərin bərpasını da əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Xəqani Cəfərli deyib

Onun sözlərinə görə, Azərbaycanın kənd rayonları sovet dövründə kolxoz sisteminə uyğun formalaşdırıldığı üçün hazırda bir çox problemlər meydana çıxır: "İşğaldan azad edilmiş torpaqlarda sovet dövründən qalan mirasın təkrar olunmaması, əkinə yararlı torpaq sahələrinin və su mənbələrinin qorunması Böyük Qayıdış prosesində əsas vəzifələrdən biridir.

Digər tərəfdən, Böyük Qayıdış və azad edilmiş torpaqların bərpası ölkəmizin iqtisadi inkişafına yeni çalarlar qatmalıdır. Burada yeni istehsal sahələrinin yaradılmasına xüsusi önəm verilməlidir.

Qənaətimcə, proses düzgün yönləndirilsə və imkanlardan səmərəli istifadə olunsa, Azərbaycanın Ümumi Daxili Məhsulunun artımı ilə yanaşı, insanların həyat səviyyəsinin yüksəlməsinə də mühüm töhfə verilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
sia.az

2Mənbələr